Bakı metrosunda ödənişin QR kodu ilə olacağı açıqlandı

11:39 - 20 İyun 2023

Bakı metrosunda ödənişin QR kodu ilə olacağı açıqlandı

Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur.

Manset.az xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq".

O. Bayramov vurğulayıb ki, avtobuslarda tətbiq vasitəsilə ödəniş isə onu tam istifadəyə veriləndən sonra olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az