logo
logo logo
logo

Şeyx Mübariz Mənsimovun atasının yas mərasiminə getdi - FOTO

15:55 - 22 İyun 2023

Şeyx Mübariz Mənsimovun atasının yas mərasiminə getdi  - FOTO

Bu gün Bakıda Heydər məscidində “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun mərhum atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub.

 

Manset.az xəbər verir ki, bu barədə “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva məlumat verib.

O, bildirib ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri və qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.

Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da Heydər məscidində təşkil olunacaq.

Qeyd edək ki, Mübariz Mənsimov qüvvədə olan məhkəmə qərarına əsasən, Türkiyəni tərk edə bilmədiyi üçün, mərasimdə iştirak edə bilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az