logo
logo logo
logo

Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

16:12 - 24 İyun 2023

Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.

 

Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrində yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq iyunun 26-sı axşam saat 22:00-dan iyunun 27-si saat 06:00-dək yolun həmin hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az