Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 159, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 333 təşkil edir.