Görüntüləri yayılan uşaq evi bu rayonda yerləşirmiş - RƏSMİ (VİDEO)

10:56 - 11 İyul 2023

Görüntüləri yayılan uşaq evi bu rayonda yerləşirmiş - RƏSMİ (VİDEO)

Azərbaycanda yerləşən uşaq evlərinin biri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 

 

Manset.az xəbər verir ki, görüntülərdə uşaqlardan biri orada şiddət gördüyünü bildirib.

Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Manset.az-a açıqlamasında bildirib ki, həmin görüntülər bir neçə müddət öncəyə aiddir:

"Həmin görüntüləri araşdırdıq. Görüntülərin 2017-ci ilə aid olduğu məlum olub. Bununla bağlı bütün istiqamətlər üzrə araşdırılmalar aparılıb, lazımi tədbirlər görülüb".

Teymur Mərdanoğlu hadisənin Şəki şəhərində olduğunu bildirsə də, hansı uşaq evində olmasını barədə məlumat verməyib.

 

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az