ATU tələbəsinin ölüm səbəbi AÇIQLANDI

20:37 - 18 İyul 2023

ATU tələbəsinin ölüm səbəbi AÇIQLANDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycan Tibb Universitetinin tələbəsinin vəfat etməsi ilə bağlı açıqlama verib.

 

Manset.az xəbər verir ki, qurumdan bildirilib ki, Gülçin Elşən qızı Rzayeva 17.07.2023-cü il tarixində saat 11:15 radələrində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:

“Ona ilkin olaraq talasemiyyanın ağır gedişli forması və şəkərli diabet diaqnozu qoyulub. Pasiyent saat 13:30 radələrində tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Aparılan kompleks tibbi müdaxilələrə baxmayaraq, pasiyentdə 17.07.2023-cü il tarixində saat 23:50 radələrində bioloji ölüm qeydə alınıb”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az