Fermadan oğurladığı qoyunları satdı - Pulunu əyləncəyə xərclədi

14:31 - 07 Avqust 2023

Fermadan oğurladığı qoyunları satdı - Pulunu əyləncəyə xərclədi

İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvan oğurlanıb.

 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb. O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az