Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA

11:48 - 19 Avqust 2023

Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

 

Bu barərə Manset.az-a Xidmətdən məlumat verilib. Düşən yağıntının miqdarı: Şahdağda 3 mm, Qrızda 2 mm, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 mm-dək olub.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: Avqustun 18-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək, Naxçıvan MR-da 36-40 dərəcə, Aran rayonlarında 33-35 dərəcə, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az