Ordumuz separatçılara qarşı əməliyyata başlayıb: 30-dək... - YENİLƏNDİ (VİDEO)

13:34 - 22 Avqust 2023

Ordumuz separatçılara qarşı əməliyyata başlayıb: 30-dək... - YENİLƏNDİ (VİDEO)

Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti təxribatının qarşısı alınıb.

Belə ki, Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə quraşdırdığı texniki müşahidə və dinləmə vasitələrinin hərbçilərimiz tərəfindən sıradan çıxarılmasının görüntüləri yayılıb.

***

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir”, - MN- bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az