Növbəti “Açıq mikrofon” Qazax rayonunun Çaylı kəndində quruldu - FOTOLAR

17:20 - 22 Avqust 2023

Növbəti “Açıq mikrofon” Qazax rayonunun Çaylı kəndində quruldu - FOTOLAR

“İstifadə etdiyim qaza görə borcum yaranıb. Sizdən xahiş edirəm ki, borcu hissə-hissə ödəməyim üçün mənə müəyyən vaxt verəsiniz”.

 

Manset.az xəbər verir ki, bu sözləri Qazax rayonunun Çaylı kənd sakini Elşad Bənnayev “Açıq mikrofon” aksiyası çərçivəsində sakinlərlə keçirilən görüş zamanı bildirib.

Bundan əlavə aksiya zamanı qaz sayğacının yerinin dəyişdirilməsi, fərdi qazlaşma, küçə qaz xəttinin çəkilişi ilə bağlı müraciətlər də ünvanlanıb. Hər bir sakinin müraciəti SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az