2 neftçimiz faciəvi şəkildə həlak oldu

13:15 - 24 Avqust 2023

2 neftçimiz faciəvi şəkildə həlak oldu

İki neftçi beton plitələrin çökməsi nəticəsində dənizə düşərək həlak olub.

 

Bu barədə Manset.az-a “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

“24 avqust 2023-cü il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.

Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb”, - rəsmi məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az