Abşeron rayonunda qəssabın əlindən qaçan dana sakinləri qorxuya salıb.
Manset.az-ın məlumatına görə, ipi qırıb qaçan heyvan ətrafdakı avtomobilləri əzib.
Polis əməkdaşlarının müdaxiləsi ilə xidməti silahdan istifadə edilməklə heyvan zərərsizləşdirilib.