Qohumların davası qanla bitdi: Ölən və yaralanan var

11:03 - 23 Oktyabr 2023

Qohumların davası qanla bitdi: Ölən və yaralanan var

Türkiyənin Adana şəhərində iki qardaş güllələnib. Məlumata görə, qardaşlardan biri ölüb, digəri isə yaralanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, iddiaya görə, Serkan və Erkan adlı iki qardaş borc məsələsinə görə qohumları Ç. Sametin evinə gediblər.

Qohumlar arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Ç. Samet ov tüfəngi ilə qardaşlara atəş açıb.

Əraziyə polis və tibb qrupları cəlb edilib.

Erkan Gelen xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Ağır yaralanan böyük qardaş Serkan Gelenin müalicəsi davam edir.

Hadisə yerindən qaçan Samet cinayət aləti ilə birgə əraziyə yaxın yerdə tutulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az