“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin vitse-prezidenti Eldar Hacıyev vəzifəsindən azad edilib.
Manset.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, onun adı AZAL-ın saytından çıxarılıb.
2015-ci ildən bu vəzifəni tutan Eldar Hacıyev AZAL-dan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti olub.
Qeyd edək ki, ötən ay Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib.