logo
logo logo
logo

Dönərdən zəhərlənən şagirdlərin vəziyyəti AÇIQLANDI

09:54 - 25 Oktyabr 2023

Dönərdən zəhərlənən şagirdlərin vəziyyəti AÇIQLANDI

TƏBİB ötən gün dönərdən zəhərlənən məktəblilərin vəziyyəti ilə bağlı daha bir məlumat yayıb.

 

Qurumdan Manset.az-a verilən məlumata görə, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta  məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az