Yasamal rayonunda şəhidlər yad olundu - FOTOLAR

14:26 - 25 Oktyabr 2023

Yasamal rayonunda şəhidlər yad olundu - FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidləri əsgər Balakişiyev Xəyal Müseyib oğlunun, Həsənov Teymur Mahal oğlunun şəhadətlərinin üçüncü ildönümü və 5 mart 2023-cü ildə Xankəndi-Xəlfəli-Turşsu yolunda qeyri-qanuni erməni birləşmələrinin Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuş XTQ   baş leytenantı Əlibəyli Şəhriyar Ramiz oğlunun doğum günü münasibətilə məzarları ziyarət olunub.

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov,  Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,  Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleynamov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidlərin məzarları ziyarət edilib, önlərinə tər güllər düzülüb, ruhlarına dualar oxunulub.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Balakişiyev Xəyal Müseyib oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, Həsənov Teymur Mahal oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunması görə”, Əlibəyli Şəhriyar Ramiz oğlu isə sağlığında “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və şəhadətindən sonra isə “Vətən uğrunda” medalları ilə təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az