Yasamal rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri yad olundu- FOTOLAR

11:49 - 26 Oktyabr 2023

Yasamal rayonunda 44 günlük Vətən müharibəsi şəhidləri yad olundu- FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidləri əsgər Rzayev Mirsafa Mircəlal oğlu və əsgər Ağayev Şahin Azər oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə məzarları ziyarət olunub.

 

snet.azxəbər verir, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən şəhidlərin məzarları ziyarət edilib, önlərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Rzayev Mirsafa Mircəlal oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları, Ağayev Şahin Azər oğlu isə şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az