Şəhid Osman Manafov məzarı başında anıldı - FOTOLAR

15:57 - 27 Oktyabr 2023

Şəhid Osman Manafov məzarı başında anıldı - FOTOLAR

Vətən uğrunda canından keçən qəhrəmanlarımızdan biri Osman Manafovun şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür.

 

Manset.az xəbər verir ki, bu məqsədlə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin məsul şəxsləri, həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhidin ailə üzvləri və təhsil aldığı 146 nömrəli məktəbin şagirdləri şəhidin məzarını ziyarət ediblər.

Xatırladaq ki, həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edən Osman Manafov Xocavənd-Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qeyd edək ki, şəhidin atası Natiq Manafov SOCAR “Azəriqaz” İB-də çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az