“Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

17:11 - 27 Oktyabr 2023

“Heydər Əliyev İli” ilə əlaqədar tədbir keçirildi - FOTOLAR

YAP Yasamal rayon təşkilatı və Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Heydər Əliyev İli” ilə əlaqədar olaraq Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyində 20 illik uğurlu fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev, Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatında yerləşən ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə tər güllər düzülüb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyində 20 illik uğurlu fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev çıxış üçün sözü YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.

Tədbirdə giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Prezident cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi. 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. 21-ci əsrdə ərazi bütövlüyünü bərpa etmiş yeganə dövlət olan Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident cənab İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Prezident cənab İlham Əliyev dövlətimizin başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmişdir. Qeyd olunub ki, Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər, 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi, şanlı bayrağımızın Xankəndi şəhərində və digər azad olmuş ərazilərimizdə dalğalanması qürur və fəxarət mənbəyimizdir. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.

Çıxış edən Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində  gerçəkləşdirərək, Prezident cənab İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirmiş, doğma Azərbaycanımızı Qalib Ölkəyə çevirmişdir. İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son nöqtəni qoyan, iki əsrlik problemi həll etmiş Prezident cənab İlham öz uğurlu fəaliyyətilə Əliyevin Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirir. Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Tədbirin sonunda Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az