2 nömrəli Bakı Baza Tibb Kollecində “ 8 Noyabr-Zəfər günü” - FOTOLAR

19:26 - 06 Noyabr 2023

2 nömrəli Bakı Baza Tibb Kollecində  “ 8 Noyabr-Zəfər günü” - FOTOLAR

YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və 2 nömrəli Bakı Baza Tibb Kollecinin birgə təşkilatçılığı ilə “8 Noyabr-Zəfər günü” münasibətilə bayram tədbiri keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə  YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları, “A.M.Şərifzadə küç.204” (2 nömrəli Bakı Baza  Tibb Kolleci) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Gülər Quluzadə, şəhid ailə üzvləri, kollecin müəllim və tələbə heyəti iştirak etdib.

Tədbirin rəsmi hissəsindən öncə 2 nömrəli Bakı Baza  Tibb Kollecinin inzibati binasında Zəfər günü münasibətilə təşkil olunmuş tələbələrin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Kollecin direktoru Dilarə Məmmədəliyeva  giriş sözü ilə çıxış edərək qonaqları və bütün iştirakçıları salamlayaraq qeud edib ki, böyük qələbəmizin memarı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızı işıqlı gələcəyə aparan uğurlu siyasətindən danışdı, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizdən, qəhrəman qazi və əsgərlərimizdən söz açdı, Vətən müharibəsi şəhidi əməkdaşımız Mürsəl Kazımlının valideyni Lalə xanımın timsalında bütün şəhid valideynləri qarşısında böyük ehtiramla baş əydiyimizi, bu qələbə sevincini onlara borclu olduğumuzu bildirdi.

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycanı qələbəyə aparan bu şanlı tarixi yolun məhz Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə başladığını vurğulayıb. O, geniş və ətraflı çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düzgün strategiyası sayəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu, özünə qaytıdı, canlandı, Müzəffər Prezidentimizin dəmir yumruğu ətrafında birləşən qəhrəman xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi, dönməzliyi mərdliyi ilə tariximizin şanlı səhifələrini yazaraq gələcək nəsillərə örnək oldular.

Yasamal Rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova çox maraqlı və geniş çıxışında bir gün qələbəmizi qeyd edəcəyimiz belə bir tədbirdə nitq söyləmək arzusu ilə yaşadığını bildirdi. O, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti, əzmi, dözümü və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində qazandığımız böyük zəfərin azərbaycanın siyasi arenadakı mövqeyini, Dünya ölkələri arasındakı çəkisini nə qədər yüksəltdiyindən söz açdı, bu gün işğaldan azad olan torpaqlarımızda gedən böyük quruculuq işlərindən bəhs edib.

Tədbirə bədii hissə ilə yekun vurulub. Sonda xatirə şəkli çəkdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az