Qadın
sahibkarlığının inkişafına yönələn “She’s Next Empowered by
Visa” qlobal təşəbbüsünün Azərbaycanda həyata keçirilən üçüncü dalğası yekunlaşdı.
Layihə sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində
bazar liderlərindən olan Birbank Biznes və rəqəmsal ödənişlərdə
dünya lideri olan Visa şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.
16 may 2025-ci il
tarixindən etibarən başlanan və 3 aya yaxın davam edən layihə çərçivəsində
xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı
keçirilib. Proqram 2
kateqoriya üzrə baş tutub. Kiçik və Orta bizneslər və Mikro
biznesləri əhatə edən kateqoriyada iştirak üçün 400-dən çox
xanım sahibkar müraciət edib.
Bütün iştirakçılar She’s Next platformasında ödənişsiz onlayn mühazirə kursları keçmək imkanı əldə ediblər. Daha sonra layihənin şərtlərini uğurla tamamlayan – iştirakçı təcrübəli mentorların dəstəyi ilə final mərhələsinə hazırlanıb. Proqramın finalı 11 iyul 2025-ci ildə Bakıda keçirilib. Tədbir zamanı finalçılar layihələrini peşəkar münsiflər heyətinə təqdim ediblər. Təqdimatların nəticələrinə əsasən, hər iki kateqoriyada 3 nominasiya üzrə qalib ələn iştirakçılara bizneslərinin inkişafı üçün pul mükafatları təqdim edilib. Kiçik və Orta Bizneslər kateqoriyasında 3-cü yerin və 5000 manatın sahibi topdan və pərakəndə kosmetika, eləcə də məişət kimyası satışı ilə məşğul olan Cəmilə Quliyeva olub. “Bellabaci” kosmetika distribütor şirkətinin təsisçisi Gülarə Cumayeva isə 2-ci yerə və 10 000 manat mükafata layiq görülüb. 15 000 manat pul mükafatına və kateqoriyanın qalibi adına “Coffee 9bar” və “Street 9bar” biznesi ilə Türkan Eyyubova layiq görülüb.
Mikro Bizneslər
kateqoriyası da sahibkar xanımların qalibiyyət uğrunda mübarizəsi ilə yadda
qalıb. Qidalanma pozğunluğu mövzusunda təlimçi və məsləhətçi
Şəlalə İbrahimova 5000 manatı
qazanaraq layihənin 3-cü pilləsində qərar tutub. 2-ci yerə, həmçinin 10 000
manat pul mükafatına 2-6 yaş uşaqlar üçün
inkişaf və təhsil proqramları üzrə ixtisaslaşmış təlim mərkəzinin təsisçisi Nigar Cəbiyeva sahib olub.
Kateqoriyanın əsas mükafatını, yəni 15 000 manatı və qalib
adını soyuq presləmə üsulu ilə təbii sabun istehsalı
biznesinin, “Le miracle d'Asunta”-nın təsisçisi Asunta
Adıgözəlova qazanıb.
Tədbirdə həmçinin Visa və Birbank Biznes Azərbaycanda ilk birgə ko-brend biznes kartı olan She's Next kartının istifadəyə verildiyi elan edilib. Sahibkar xanımlar üçün nəzərdə tutulan kart öz sahibinə bir-birindən maraqlı və faydalı imtiyazlar təqdim edir.
Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes
Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin
inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim
edir. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt
canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək
imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına
keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.