Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qaldı - YENİLƏNDİ

21:30 - 25 Dekabr 2023

Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qaldı - YENİLƏNDİ

Bakı-Pirşağı-Sumqayıt reysinin sərnişinləri əks istiqamətdə hərəkət edən qatarla mənzilbaşına çatdırılacaq.

 

Bu barədə Manset.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.

Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.

***20:11

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

 

Manset.az xəbər verir ki, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı Report-a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az