Rektor yeni prorektor təyin etdi - FOTO

20:17 - 27 Dekabr 2023

Rektor yeni prorektor təyin etdi  - FOTO

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin edilib.

 

Manset.az xəbər verir ki, rektorun qərarı ilə Elşad Abdullayev universitetin elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə gətirilib.

Elşad Abdullayev 2009 – 2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019 - 2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində Rektorun müşaviri vəzifəsinə təyin olunub.

2016-cı ildə isə “Nüvə kimyası” ixtisası üzrə Dosent elmi adı alıb. Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən 1 patent və 26 məqaləsi) çap edilmişdir.2021-ci ildə Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az