Beyləqan sahibkarları "Açıq mikrofon"da - FOTOLAR

17:59 - 27 Dekabr 2023

Beyləqan sahibkarları \"Açıq mikrofon\"da - FOTOLAR

Sahibkarlarla cari ilin son görüşü  Beyləqan rayonunda baş tutub.

 

"Azəriqaz" İB-dən Manset.az-a verilən məlumata görə, Tərtər RQİİ-rəis müavini ənənəyə uyğun olaraq "Açıq mikrofon" aksiyasının məqsəd və məramını izah etdikdən sonra söz KOBİA nümayəndəsinə verilib. Sahibkarlığın inkişafında dəstəyin hər zaman göstəriləcəyi bildirildikdən sonra mikrofon sahibkarların ixtiyarına verilib. Kiçik sahibkarlar Natiq Abbasov obyektin qarşısından keçən qaz xəttinin, Vüqar Hənifəyev isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib.

Digər müraciətlər arasında Gənclər Mərkəzinin qazlaşdırılması və Olimpiya Mərkəzinin sayğacının yenisi ilə əvəzlənməsi kimi məsələlər də yer alıb. Tərtər RQİİ-nin rəhbər şəxsləri hər bir müraciətin qeydiyyata alınaraq araşdırılacağını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az