Maşınların şüşələrini sındıran yeniyetmələr saxlanıldı

12:50 - 03 Yanvar 2024

Maşınların şüşələrini sındıran yeniyetmələr saxlanıldı

Bakıda bir neçə avtomobilə ziyan vurmuş yeniyetmələr tutulub.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 1-də saat 12 radələrində Qaraçuxur qəsəbəsindəki təmir sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 32-ci PB əməkdaşlarının keçirdiyi tədbirlərlə avtomobili qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onların təmir sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.

Araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az