Azərbaycanın Əməkdar elm xadimi VƏFAT ETDİ - FOTO

15:30 - 11 Yanvar 2024

Azərbaycanın Əməkdar elm xadimi VƏFAT ETDİ - FOTO

Əməkdar elm xadimi, "Şöhrət" ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyin qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub.Tibb elmləri doktoru. Professor, əməkdar elm xadimi, həkimləri təkmilləşdirmə institutu mama ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama ginekoloqu, Respublika mama ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az