Baş prokuror Xəzər rayonunda qəbul keçirəcək

14:28 - 23 Yanvar 2024

Baş prokuror Xəzər rayonunda qəbul keçirəcək

Baş prokuror Kamran Əliyev yanvarın 30-u saat 10:00-da Xəzər Rayon Prokurorluğunun inzibati binasında Xəzər və Pirallahı rayonlarının hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

 

Manset.az xəbər verir ki, vətəndaşlar qəbulla bağlı Xəzər və Pirallahı rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı Şəhər Prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, X) vasitəsilə də qəbula yazıla bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az