Almaniya 4 günlük iş həftəsinə keçir

11:09 - 31 Yanvar 2024

Almaniya 4 günlük iş həftəsinə keçir

Almaniyada fevralın 1-dən 4 günlük iş həftəsinə keçidlə bağlı pilot layihəyə start veriləcək. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, layihə 6 ay davam edəcək və ona 45 şirkət qoşulub. 

Dördgünlük iş həftəsi ilə bağlı sınaqlar ölkənin əmək bazarında müşahidə edilən böhran fonunda keçiriləcək. Layihənin məqsədi iş günlərinin sayının azaldılmasının əməyin məhsuldarlığını artırmağa imkan verib-verməyəcəyini müəyyən etməkdir. 

Bununla da, Almaniyada işçilər əvvəlki maaşları saxlanmaqla həftədə 1 gün daha az işləyəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az