Laçından bu istiqamətlərə avtobus marşrutları açılacaq

10:53 - 01 Fevral 2024

Laçından bu istiqamətlərə avtobus marşrutları açılacaq

Laçın şəhərində ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün üç istiqamət üzrə marşrut xətləri müsabiqəyə çıxarılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nqəliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi, Laçın şəhəri-Zerti kəndi, Laçın şəhəri-Qarıkaha kəndi istiqamətində marşrutlar fəaliyyətə başlayacaq.

Bildirilib ki, müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı işğaldan azad olunmuş digər ərazilərdə də təhlillər aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az