Azərbaycanlı iş adamı qəfil öldü

17:07 - 01 Fevral 2024

Azərbaycanlı iş adamı qəfil öldü

Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.

 

Manset.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.

İş adamının qəfildən ürəyi dayanıb.

Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az