Prezident seçkisində yerli və beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

17:48 - 01 Fevral 2024

Prezident seçkisində yerli və beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

Azərbaycanda prezident seçkilərini izləmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib.

 

Manset.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK rəsmisinin sözlərinə görə, onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir.

R.Qasımov əlavə edib ki, həmçinin 63 beynəlxalq media qurumu, 119 jurnalist qeydiyyatdan keçib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az