İsrailin Hərbi Hava Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən qərargahına zərbələr endirib.
Manset.az xəbər verir ki, məlumatı Suriyada müxalifətinə yaxın olan informasiya kanalları yayıb.
Bildirilib ki, hadisə fevralın 2-də Dəməşqin cənubunda Seyyidə Zeynəb rayonunda baş verib.
Hələlik İsrailin rəsmi dairələri məlumatı şərh etməyiblər.