Bakıda evdən 40 minlik qol saatı oğurlandı

15:05 - 05 Fevral 2024

Bakıda evdən 40 minlik qol saatı oğurlandı

Bakıda evdən 40 min manatlıq saat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Zığ qəsəbəsindəki evdən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.

Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az