Küləkli hava nə vaxtadək davam edəcək?

15:49 - 05 Fevral 2024

Küləkli hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Küləyin maksimal sürəti: Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az