Qarabağda bir həftəyə tapılan minaların sayı AÇIQLANDI

18:08 - 05 Fevral 2024

Qarabağda bir həftəyə tapılan minaların sayı AÇIQLANDI

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan Manset.az-a verilən məlumata görə, yanvarın 29-dan fevralın 4-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 150 partlamamış hərbi sursat aşkarlanıb.

Bildirilib ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az