Kartof tarix boyu insanların ən sevimli və vacib qidalarından biridir. Bİr çox ölkələrdə çörəyi əvəz edən, hətta çörəkdən çox istifadə edilən tərəvəz növüdür.
Manset.az BAKU.Wsə istinadən xəbər verir ki, Azərbaycanda da kartofdan çox istifadə edilir. Kənd təsərrüfatında kartofun becərilməsinə üstünlük verilir.
Çox istifadə edilməklə yanaşı, kartofdan məişətdə dəçox istifadə edilir.
Lakin kartofun sağlanılması insanlar üçün çətinlik yaradan məsələlərdən biridir. Kəndlilər topladıqları məhsulu necə və hansı şəraitdə saxlamalı olduğunu bilmədikdə, yığdıqları mal məhv ola bilər.
Kartof necə saxlanmalıdır?
Kartofu sərin, quru yerdə saxlamaq yaxşıdır. Bundan əlavə, kartofu kağız torbalarda işıqdan və nəmdən uzaq saxlamaq onların daha uzun müddət təzə qalmasına kömək edir.
Kartofu soyuq soyuducuda saxlamaqdan çəkinin. Çünki bu, nişastaların şəkərə çevrilməsinə səbəb ola bilər. Siz həmçinin kartofu soyuq, qaranlıq yerdə saxlamaq üçün xüsusi hazırlanmış kartof saxlama torbalarından istifadə edə bilərsiniz. Bu torbalar kartofu havalandırılan bir mühitdə saxlamağa və çürüməsinin qarşısını almağa kömək edə bilər.
Kartofun yaşılımtıl rəng almadığına əmin olmaq üçün onları mütəmadi olaraq yoxlamaq lazımdır.
Kartofu soyuq yerdə saxlayarkən onların qaralmamasına diqqət yetirin. Çalışın onların yerlərini tez-tez dəyişin. Kartofu müntəzəm olaraq təzə və sərin yerdə saxlamaq daha yaxşıdır.
Kartofun cücərməsinin qarşısını necə almaq olar?
Kartof cücərməyə meyllidir. Çünki onların tərkibində olan qida və enerji yeni bitki böyüməsinı kömək edir. Kartofun gözü kimi tanınan çıxıntılar yeni tumurcuqların çıxmasına şərait yaradır.
Bu cücərmə prosesi kartofun təbii çoxalma mexanizmidir. Kartofun cücərməsinin qarşısını almaq üçün onu sərin, qaranlıq və havalı yerdə saxlamaq vacibdir.
Günəş işığına məruz qalmamaq və onu aşağı temperaturda (7-10°C) və kifayət qədər rütubətli mühitdə saxlamaq cücərməni gecikdirə bilər.
Siz həmçinin kartofu digər meyvə və tərəvəzlərdən ayrı saxlamaqla onun ətrafındakı etilen qazının təsirini azalda bilərsiniz.
Kartofun cücərməsinin qarşısını almaq üçün başqa bir üsul var. Bəlkə də, bu üsul çoxunu təəccübləndirəcək.
Bir almanı kartofun yanına qoysanız, kartofun cücərməsini dayandıra bilərsiniz. Alma etilen qazı ifraz edərək kartofun cücərməsinə mane olur. Bu üsulla kartof daha uzun müddət təzə qalacaq.