logo
logo logo
logo

Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? - TƏBİB-dən AÇIQLAMA

23:12 - 05 Fevral 2024

Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? - TƏBİB-dən AÇIQLAMA

Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb.

 

Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb.

Manset.az xəbər verir ki, TƏBİB-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 19 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40-da dünyasını dəyişib.
Məlumatda bildirilib ki, şəxsin qəbul etdiyi içki saxta olub və elə bu səbəbdən də komaya düşüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az