Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin Avropa işlərindən məsul nazirlərinin bir araya gəldiyi toplantıda AB və Polşanın yeni dövrə başladığı açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşanın ədliyyə naziri Adam Bodnar, AB Komissiyasının vitse-prezidenti Vera Jourova, AB Komissiyasının ədliyyədən məsul üzvü Didye Reynders və Aİ Şurasının sədri Belçikanın xarici işlər naziri Hadja Lahbib nazirlərin görüşü davam edərkən mətbuata açıqlama veriblər.
Bodnar, ölkəsinin AB-nin qanunun aliliyi ilə bağlı narahatlıqlarını aradan qaldıracağına əmin olduğunu ifadə edərək, görüşdə “fəaliyyət planı” təqdim etdiyini bildirib.
Jourova, "Son 6 ildə təhlükə altında olan məhkəmə hakimiyyətinin müstəqilliyini yenidən bərpa edəcək fəaliyyət planının real olduğuna unanıram. Fəaliyyət planı hazırda 7-ci maddəyə uyğun olaraq, həyata keçirilən prosesin sona çatması istiqamətində bir addımdır, lakin görüləcək çox iş var” ifadələrini işlədib.
Əfsanə Rəcəb
Manşet.az