Rusiyada qırmızı buz müşahidə edildi

17:54 - 20 Fevral 2024

Rusiyada qırmızı buz müşahidə edildi

Alimlər Rusiyada, Primorsk sularında buzun qırmızıya çevrilməsi fenomenini müşahidə ediblər.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hadisəyə sahil kənarında yaşayan kiçik xərçəngkimilər səbəb olur.

Bioloqlar izah ediblər ki, bədənlərində karotenoid piqmenti olan Neocalanus, Pseudocalanus, Metridia və Microcalanus cinslərinin minlərlə zooplankton nümayəndəsi buzda donub qalıb.

Qeyd olunur ki, eyniadlı körfəzdə yerləşən "Vostok" Dəniz Bioloji Stansiyasının ərazisində də buzlar rəngini dəyişib.

Alimlərin fikrincə, buzun rənglənməsi halları demək olar ki, hər il qeydə alınır, rəng adətən yaşıl və ya qəhvəyi rəngə dəyişir. Səbəb adətən mikroyosunlardır - yosunlar (Pseudohaptolina), yaşıl yosunlar (Chlamidomonas), dinoflagellatlar (Noctiluca) və s.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az