Rusiyanın Daxili İşlər Nazirliyi rusiyalı siyasətçi Aleksey Navalnının qardaşı Oleq Navalnını yenidən axtarışa verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmayıb.
Bununla yanaşı, onun barəsində yeni cinayət işinin başladıldığı bildirilir. O.Navalnı bundan əvvəl 2022-ci il yanvarın 26-da federal axtarışa verilib.
Xatırladaq ki, A.Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Hazırda onun ölüm səbəbləri araşdırılır.