Türkiyənin Mersin şəhərində 3 yaşlı qızına spirtli içki içdirən və döyən ana saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, azyaşlı qız Ailə və Sosial Xidmətlər İl Müdirliyi qrupları tərəfindən götürülərək sığınacağa yerləşdirilib.
Qadının qızına sosial şəbəkədə canlı yayım zamanı içki içdirdiyi və onu döydüyü məlum olub. Görüntülərdən sonra polis tərəfindən nəzarətə götürülən ana barəsində cinayət işi açılıb.
Əfsanə Rəcəb
Manşet.az