Batan gəminin son görüntülərini çəkən Hüseynin meyiti tapıldı

20:25 - 20 Fevral 2024

Batan gəminin son görüntülərini çəkən Hüseynin meyiti tapıldı

Türkiyənin Mərmərə dənizində İmralı adasının cənub-qərbində batmış “Batuhan A” adlı yük gəmisinin qalıqları içərisində daha bir nəfərin meyiti tapılıb.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 6-cı gündə aparılan axtarışlarda tapılan ikinci meyitin gəmi batmazdan əvvəl çəkdiyi videonu həyat yoldaşına göndərən Hüseyn Tutuka aid olduğu müəyyən edilib.

İtkin düşən digər 4 nəfərin axtarışlarının davam etdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az