17 dəfə özünü hamilə kimi göstərərək dövlət yardımı alan qadın həbs edildi

11:42 - 21 Fevral 2024

17 dəfə özünü hamilə kimi göstərərək dövlət yardımı alan qadın həbs edildi

İtaliyada 2000-ci ildən bəri 17 dəfə saxta hamiləlik edən və dövlətdən sosial yardım alan qadın həbs edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 55 yaşlı Barbara Loele adlı qadın saxta hamiləliyi səbəbindən dövlət müavinətlərindən “fırıldaqçılıq yolu ilə kiçik bir sərvət əldə etməkdə” və 24 il ərizində işdən xeyli icazə almaqda günahlandırılıb.

Loele, iddia edilən 17 hamiləlikdən yalnız beşinin baş tutduğunu, digər körpələrin tələf olduğunu iddia dib.

Qadın son uşağını dekabrda dünyaya gətirdiyini söyləyib, lakin polis əvvəlki doqquz ay ərzində onu yaxından izlədiklərini və bütün hamiləliyin yalan olduğunu qeyd edib.

Prokurorlar Romadakı bir klinikadan bir neçə doğum haqqında şəhadətnamənin digər saxta sənədlərlə birlikdə oğurlanması zamanı İoelenin saxtakarlığının üstünün açıldığını bildirib.

Loelenin əri, 55 yaşlı Davide Pizzinato dindirmə zamanı polisə Loelenin hamilə olmadığını bildiyini söyləyib.

Pizzinatonun yüngül cəzaya məhkum edilməsi müqabilində arvadına qarşı ifadə verdiyi güman edilir. Polisə 5 övladının həqiqətən var olduğunu və bütün hamiləliklərinin real olduğunu deyən qadına 1 il 6 ay həbs cəzası verilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az