Fransanın paytaxtı Parisdə məşhur turizm məkanı olan Eyfel qülləsi işçilərin tətili səbəbindən ziyarətçilərə bağlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Eyfel qülləsinin işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə iki gündür tətil edirlər.
Paris Bələdiyyəsinin qülləni işlədən SETE şirkətindən tələb etdiyi mənfəət payını yüksək görən tətilçilər bələdiyyədən məqbul maaş istəməsini tələb ediblər.
Eyfel qülləsi işçilərinin bağlı olduğu Ümumi Əmək İttifaqının (CGT) nümayəndəsi Stefan Dieu bildirib ki, qüllənin bilet satışından əldə olunan gəliri abidənin təmiri, əməliyyat xərcləri və Paris bələdiyyəsinə dividentlər ödəmək üçün istifadə ediblər.
Dieu bildirib ki, bələdiyyə əvvəlki illərdə illik 8 milyon avro dividend ödəyirdisə, son vaxtlar bu rəqəm 16 milyon avroya yüksəlib. Bələdiyyənin bu mənfəət payını 50 milyon avroya çatdırmaq istədiyini bildirən Dieu, epidemiya zamanı abidənin bağlanması səbəbindən hazırda 100 milyon avro borclarının olduğuna diqqət çəkib.
Eyfel qülləsinin işçiləri SETE-nin maliyyə siyasətinə cavab olaraq 27 dekabr 2023-cü ildə tətilə çıxıblar.
Paris Bələdiyyəsi səhmlərinin 99 faizinə sahib olduğu SETE-nin ən böyük səhmdarıdır.
Buna görə də qülləyə qalxmaq üçün Parisə gələn turistlər qüllənin qarşısında foto çəkdirməklə kifayətləniblər.
Əfsanə Rəcəb
Manşet.az