İngiltərədə Devonshires adlı hüquq firmasında təmizlikçi işləyən Qabriela Rodriguez adlı ekvadorlu qadın yarımçıq qalan bir sendviçi yediyi üçün işdən çıxarıldıqdan sonra şirkətə qarşı iddia qaldırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rodriguez Devonshires-i "dolayı irqi ayrı-seçkilik"də ittiham edib.
Miqrant işçiləri dəstəkləyən United Voices of the World sendikası, Rodriguezin vəkillərlə görüşdən sonra atılacağını düşündüyü 1,50 funt sterlinqlik tuna sendviçi yediyini təsdiqləyib.
Əfsanə Rəcəb
Manşet.az