Baydendən Putinə təhqiramiz ifadələr: Utancverici

14:13 - 22 Fevral 2024

Baydendən Putinə təhqiramiz ifadələr: Utancverici

ABŞ prezidenti Co Bayden seçki kampaniyası zamanı çıxışında Rusiya prezidenti Vladimir Putinə qarşı təhqiramiz ifadələr işlədib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden Putin haqqında “O, dəli olub...” deyib.

Bayden Putin və bəzi digər liderlər üzündən nüvə münaqişəsi ilə bağlı daimi bir narahatlıq olduğuna diqqət çəkib. Bildirib ki, ən əsas ekzistensial təhlükə əslində iqlimdir.

Baydenlə bağlı Kremldən verilən açıqlamada “ABŞ prezidentinin bu cür kobud sözləri ABŞ üçün utancvericidir” ifadəsi işlədilib.

Qeyd edək ki, Putin isə bu yaxınlarda verdiyi müsahibədə “Rusiya üçün hansı daha yaxşıdır, Bayden, yoxsa Tramp?” sualına Bayden deyə cavab vermişdi.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az