Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli təsirinin nəsillər boyu hiss ediləcəyini bildirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Volker Türk davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib.
Türk, BMT-nin İnsan Haqları Monitorinq Missiyasının Rusiya-Ukrayna müharibəsi nəticəsində 10 min 582 nəfərin öldüyünü, 19 min 875 nəfərin isə yaralandığını bildirib.
Türk qeyd edib ki, real rəqəmlərin daha çox olması ehtimalı var.
Müharibə səbəbiylə milyonlarla insanın didərgin düşdüyünü, minlərlə insanın evini itirdiyini vurğulayan Türk, "Bu vəziyyət insanların sağlamlıq və təhsil hüquqlarını əhəmiyyətli dərəcədə təsir etdi. Ukraynadakı bu müharibənin uzunmüddətli təsiri nəsillər boyu hiss olunacaq." bildirib .
Türk, müharibənin səbəb olduğu bütün insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının hərtərəfli və müstəqil araşdırılmasına çağırıb.
Jalə
Manşet.az