Fransadan Ukraynaya tam dəstək: “Lazım gələrsə, qoşun göndərəcəyik”

16:16 - 27 Fevral 2024

Fransadan Ukraynaya tam dəstək: “Lazım gələrsə, qoşun göndərəcəyik”

Fransa prezidenti Emmanuel Fransa prezidenti Emmanuel Makron paytaxt Parisdə keçirilən "Ukraynaya Dəstək" Konfransında Ukraynaya daha çox hərbi yardımın göstərilməsi məsələsi ilə bağlı fikir bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron, "Rusiyanın məğlubiyyətinin Avropanın təhlükəsizliyi və sabitliyi üçün zəruri olduğuna inanırıq" deyib.

Makronun sözlərinə görə, lazım gələrsə, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını nəzərdən qaçırmaq olmaz.

Makron, həmçinin, Ukraynaya orta və uzaq mənzilli raket və bombaların tədarükü üçün yeni koalisiyanın yaradılacağını açıqlayıb.

Konfransında danışan Makron açıqlamasında, "Rusiyanın məğlubiyyətinin Avropanın təhlükəsizliyi və sabitliyi üçün zəruri olduğuna inanırıq" deyib.

"Hazırda Ukraynaya əsgər göndərilməsi ilə bağlı konsensus yoxdur. Bununla belə, heç nə gözardı edilməməlidir. Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik. "

Qeyd edək ki, konfransda Avropadan 17 dövlət və hökumət başçısı iştirak edib. ABŞ, İngiltərə, Kanada və İsveç öz nümayəndələrini göndərib. Ukraynaya əlavə hərbi yardımı müzakirə etmək üçün bir araya gələn liderlər konsensusa gələ bilməyiblər.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az