Ermənistan baş naziri Nikol Paşinyan Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Katerina Sakellaropulu ilə görüşüb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, görüş zamanı həmsöhbətlər Ermənistan-Yunanıstan əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Cənubi Qafqazda gedən proseslər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

