Qəzza zolağında ölən tələbərin sayı AÇIQLANDI

17:48 - 27 Fevral 2024

Qəzza zolağında ölən tələbərin sayı AÇIQLANDI

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirən tələbələrin sayı açıqlanıb.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə  Fələstin Təhsil Nazirliyinin verdiyi açıqlamada İsrailin Qəzza və İordan çayının qərb sahilində aylardır həyata keçirdiyi hücumlarda ölən və yaralanan tələbələrlə bağlı məlumat verilib.

Məlumatda, Qəzza zolağında 144 gündür davam edən hücumlarda 5 min 379 şagirdin öldüyü, 8 min 888 şagirdin isə yaralandığı qeyd edilib.

Bildirilib ki, İsrail qüvvələri oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahilində 48 tələbəni öldürüb, 305 tələbəni yaralayıb, 97 tələbəni həbs edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az